Böyük Britaniyanın baş naziri Tereza Mey növbədənkənar seçkilərin nəticəsi olaraq yenidən parlamentə seçilib.
“Qafqazinfo” xəbər verir ki, bununla yanaşı, baş nazirin partiyası olan Mühafizəkarlar parlamentdəki mütləq çoxluğu itirib.
Belə ki, Tereza Meyin partiyası mümkün 326 yerdən cəmi 308-ni tuta bilib. Leyboristlər isə səsvermənin ilkin nəticələrinə görə, 258 yer tuta biliblər. Səslərin tam hesablanması başa çatdıqdan sonra da mühafizəkarların lazımi səsi toplaması mümkün olmayacaq. Belə olan halda koalisiya hökumətinin yaradılması üçün danışıqlar tələb oluna bilər.
Bu gün axşam saatlarında yekun nəticələr açıqlandıqdan sonra Mey müraciətlə çıxış edəcək. Yalnız o zaman baş nazirin öz siyasi taleyi ilə bağlı hansı qərarı verəcəyi bəlli olacaq. Qeyd edək ki, artıq bir çox siyasilər baş naziri istefaya səsləyiblər.
Son xəbərlər
Son Xəbərlər