“Qafqazinfo” xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisinin bəxtinə Hollandiya, Çexiya, Qazaxıstan, İslandiya və Latviya milliləri düşüb. Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim güclü bir qrupa düşdüklərini vurğulayıb: “Çox sərt bir qrupa düşdük. Daha da asan rəqiblərlə üzləşə bilərdik. Ancaq bununla belə, əlimizdən gəldiyi qədər yaxşı oynayıb qrupdan çıxmağa can atacağıq. Hər kəsin arzuladığı bir milli komandamız olacaq. Bundan heç kimin şübhəsi olmasın”
İqbal
Son xəbərlər
Son Xəbərlər