“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin köməkçilərindən olan Ümit Davala klubla vidalaşıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı 48 yaşlı mütəxəssis “tvitter” hesabında paylaşım edib.
O, “Qalatasaray”a vida etdiyini və artıq baş məşqçi kimi fəaliyyətə başlayacağını bildirib.
Ümit Davala 2018-ci ildən “Qalatasaray”da məşqçilik edirdi.
Son xəbərlər
Son Xəbərlər