“Qafqazinfo” xəbər verir ki, Türkiyə mətbuatı milli komandanın baş məşqçisi Fatih Terimlə “Qalatasaray”ın və milli komandanın üzvü Burak Yılmaz arasında mübahisə yaşandığı iddia edib. Buna səbəb kimi Burakın Terimin sözünə məhəl qoymaması göstərilir.
Belə ki, milli komandanın məskunlaşdığı oteldə bir firmanın idmanla bağlı tədbir təşkil etməsi Fatih Terimi əsəbiləşdirib.O, milli komanda ilə eyni otelde belə bir tədbirin keçirlməsinin yolverilməz olduğunu deyib və həmin tədbirdə iştirak etməyib. Burak Yılmaz isə mərasimdə iştirak edib. Bu da Terimi bərk əsəbiləşdirib və onlar arasında mübahisə yaşanıb. Burak Yılmaz bunndan sonra millinin düşərgəsini zədə bəhanəsi ilə tərk edib.
İqbal
Son xəbərlər
Son Xəbərlər