Silivenin monoloqu:
Binanın böyründəki yanğın söndürmək üçün yerləşdirilən nərdivana çıxdım və bir siqaret yandırdım. Qaşlarımı çatıb, alnımı qırışdırıb, xeyli düşüncəli nəzərlə şəhərin işıqlarına baxaraq, siqaretin tüstünün bir qulam içimə alıb nisgilli bir ahlə havaya üfürdüm. Qonşumuz Marqonun iti də eyvandakı dəmir barmaqlıqların arasına ağız-burnunu salıb, kədərli, sakin nəzərlə dərdimi anlayırmışcasına üzümə baxırdı. Nə əskik idi? Xoşbəxt olmamağım üçün nə çatmırdı? İstədiyim nə idi? Bilmirəm. Əslində özünü çox yaxşı tanıyan və qərarlı biriyəm. Elə olmasaydı bu gün Virciniya ştatında qaldığım mənzilin yanğınsöndürmək üçün olan nərdivanında oturub, Marqonun itinin gözlərinə baxaraq bu siqareti dərin boşluqla içimə çəkə bilməzdim. Yox, siz məni anlamazsınız. Desəm ki, bütün həyatımı yalnız bu anı yaşamaq üçün özümü səfərbər etmişəm, bəli, siz məni anlamazsınız. Nəinki anlamaq, hətta lağa qoyub gülərək “ay bədbəxt” deyə başlayan müraciətlə həyat dərsləri də keçə bilərsiniz. Amma başa düşürsünüz mən bədbəxtliyi də azad yaşamağı xoşbəxtlik hesab edirəm. Heç bir təzyiq altında olmadan, öz iradəmlə tənaha qalmaq. Bunun adı bədbəxtlik deyil, sizi anladığım üçün sizin beyniniz, sizin nəzərinizlə vəziyyəti ifadə edirəm.
Əslinə bilirsiniz qələbəyə çatanlar nə qədər zəif insanlardır? Həyatlarını bir məqsədə indeksləyib irəliyə doğru gedirlər-gedirlər və istədikləri zirvəyə çatırlar. Bəs sonra? Güclü insanlar çatdıqları qələbəni əllərində saxlamaq üçün çalışmazlar. Bunu mən qanım-canım bahasına əldə etmişəm deyə o qələbədən başqa heç nəyi görməyənlər yox, o qələbəni qazandığı kimi heçə verməyi və ya başqa səmtə getməyi bacara bilməkdir qələbə. Əgər sən bu qələbəni gerçəkdən özün əldə etmisənsə, bunu yenə əldə edə biləcəyinə əmin olmalısan. Nə axmaqlayıram? Ahahaha, heç bir şey.
Bilirsiniz, içəridəki duşdan çıxıb, ağ mələfəyə bürülü, yaş saçları ilə tək yastığımızı isladıb, öz başının altına qoyub, uşaq məhsumluğu ilə çiyələk təravətli dodaqlarını biraz irəli və ön dişləri alt dodağının üzərinə çıxıb kəsircəsinə qayğısız, olduqca rahat yatan eqoist ləçər mənimdir deyə bilmirəm. Halbuki 7-8 ildir dəfələrlə onu atmışam, aldatmışam, həyatımdan rədd etmişəm və bir neçəsində o qayıdıb, çoxunda özüm yalvarmışam. Əslində tamamilə doğrudur ki, qətiyyən mən onu nə atmamış, nə aldatmamış, nə də həyatımdan rədd etməmişəm. Bunları o zaman demək olardı ki, indi o vecimə olmadan yanımda olmasaydı. Və o əmindir ki, mən yalnız özümü aldatmışam. O əmindir ki, mən heç vaxt onu arxayınlıqla qazandım, əldə etdim deyə bilməyəcəm ki, onu atıb səmtimi dəyişə biləm. O hər an mənim olmaya bilər deyə ona bir qalibiyyət kimi baxa bilmirəm. Əslində çətin olan heç olduğumuzu anlamaqdır. Bütün məğlubiyyətlər özümüzü vacib bir şey saymamızla başlayır. Tam da vazkeçilməz olduğumuzu sandığımız an geriyə doğru sayırıq. Uduzmaq belə başlayır. Əslində heç olduğumuzu qəbul etsək bütün qələbələrə çatacaqdıq.
Dostum, bilirsən mənim bir problemli həyatım vardı. O həyat sizə elə də çirkin görünməsin. Orada çoxunun arzuladığı ailə də ola bilərdi. O həyatda çoxlu maşınlarım, villalarım və s. sizin arzuladığınız bir çox şey də. Amma mən doğulduğum şəhərimə baxıb, insanları ilə bərabər, bütün cəsarətimi toplayıb burada səfil, avara kimi görünən, ancaq istəyəndə sırf gecə binanın nərdivanına çıxıb, siqaret yandırıb, bu sözləri deyə bilmək üçün bütün o şanslara, parıltılı kimi görünən məndən olmayan saxta, sünü həyata, insanlarına, şəhərə tərkedilməmək üçün çox ləkəlisən, dedim. Hətta fahişələr də sənə yaraşmır, o qədər çox ləkəlisən ki...