Tərkibində heç bir canlı olmayan su

terkibinde-hec-bir-canli-olmayan-su
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, bu araşdırmalarda Zəmzəmin tərkibində daha az kükürdün olduğu meydana çıxıb. Məlum olub ki, suyun tərkibi daha çox minerallarla zəngindir.
Mənbəyi indiyə qədər tapılmayan bu möcüzəvi suyun yaxınlığında heç bir yeraltı su ehtiyatı yoxdur. Dənizdən 80 km uzaqlıqda 1,5 metr dərinlikdən çıxan Zəmzəm həcc mərasimi boyunca milyonlarla müsəlmanının su ehtiyatını ödəyir.
Dünya Səhiyyə Təşkilatının hesabatlarına görə, Zəmzəm sağlamlığa ən faydalı sulardan biridir. ABŞ-da aparılan bir test nəticəsində məlum olub ki, bu suyun tərkibində heç bir mirkoorqanizm və bakteriya yoxdur. Bu da suyun uzun müddət iylənmədən saxlanmasını təmin edir. ABŞ alimləri həmçinin müəyyən ediblər ki, Zəmzəm suyu heç zaman sidik kanalları vasitəsilə orqanizmdən xaric olunmur, yalnız tərlə bədəndən çıxır.