“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Bülent Korkmaz azerisport.az-a açıqlamasında deyib.
O, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun 2005-ci ildə Azərbaycan millisinin Türkiyəyə qarşı keçirdiyi oyunda futbolçulara qardaş ölkə komandasına uduzmaq üçün təsirlər edildiyini deməsinə münasibət bildirib: “Bizə heç kim heç nə deməyib. Həmin vaxt Türkiyə millisi Bakıya qələbə üçün gəlmişdi. Biz 1-0 hesabıyla qalib gəldik. Komandanız da yaxşı oyun sərgilədi. Belə açıqlama məni təəccübləndirdi. Çünki, bu barədə heç bir məlumatım yoxdur. O zaman bizim heyətdə güclü futbolçular çox idi. Bilirdik ki, Bakıda çətin müqavimətlə qarşılaşacayıq. İndi belə sözləri demək təəccüblüdür”.
Son xəbərlər
Son Xəbərlər