“Terminator”un aktyoru 63 yaşında öldü

terminatorun-aktyoru-63-yasinda-oldu
Oxunma sayı: 3116

Amerikalı aktyor və ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qohumu Kristofer Louferd 63 yaşında dünyasını dəyişib.

Qafqazinfo” “TMZ”yə istinadən xəbər verir ki, aktyorun yoqa studiyasında ölmüş vəziyyətdə tapıldığı bildirilir. Ölümün “təbii səbəblərdən” baş verdiyi deyilir. 

Qeyd edək ki, Louford tamaşaçılara “Terminator -3”, “Cəsur oğlanlar”, "Larri Kinqlə birbaşa efirdə”, “Mənim bütün uşaqlarım”, “Ümumi profilli xəstəxana” filmlərindən tanışdır.