Fransada 4 gündən sonra baş tutacaq futbol üzrə Avropa Çempionatı zamanı növbəti terror aktının qarşısı alınıb. Ukrayna təhlükəsizlik xidməti 15 məkanda terror aktı həyata keçirməyi planlaşdıran Fransa vətəndaşını həbs edib.
“Qafqazinfo”ANS-ə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti bir neçə gün sonra Fransada başlayacaq futbol üzrə Avropa Çempionatı zamanı terror hücumları törətməyi planlaşdıran şəxsi həbs etdiyin açıqlayıb. Onun çempionat müddətində 15 terror aktı keçirəcəyi iddia olunub.
Qrequar adlı Fransa vətəndaşı Ukrayna ilə Polşa sərhədində ukraynalı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun ultra-sağçı siyasi görüşlərə sahib olduğu və Fransaya artan miqrant axınından narazılıq etdiyi bildirilir. Fransa vətəndaşının üzərindən bir neçə avtomat, xeyli sayda partlayıcı maddə və digər sursat aşkar edilib.
Bir neçə gün əvvəl isə Avropa mətbuatında "Avro-2016" müddətində hücumların törədiləcəyi barədə xəbərdarlıqlar yer alıb.
Son xəbərlər
Son Xəbərlər