Terror aktında şübhəli bilinən 12 nəfər saxlanıldı - Belçikada

terror-aktinda-subheli-bilinen-12-nefer-saxlanildi
Oxunma sayı: 711

Brüsseldə polis əməkdaşları terror aktlarının hazırlanmasında şübhəli bilinən 12 nəfər saxlayıb.

“Qafqazinfo”nun “Report”a istinadən verdiyi məlumata görə, polislər bir neçə gün ərzində saxlanılan şəxsləri müşahidə edib. Xüsusi əməliyyatlar Brüsselin 16 kommunasında, eləcə də Valloniya və Flandriya ərazisində aparılıb.

Belçika prokurorluğu qeyd edir ki, saxlanılan şəxslər terror aktı törətmək niyyətində olan qruplaşmanın bir hissəsi ola bilər.

Yaxın zamanlarda onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul ediləcək.