“Terror aktını törədənlərin kim olduğunu bilirik” - Ədliyyə naziri

terror-aktini-toredenlerin-kim-oldugunu-bilirik
Oxunma sayı: 5533

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Atatürk hava limanında partlayışları törədən şəxslərin kimliyinin hakimiyyət orqanlarına məlum olduğunu bəyan edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, bu məlumatlar təsdiqini tapmamış təşkilatçıların adını açıqlaya bilməz.

Qeyd edək ki, Atatürk hava limanında baş vermiş iki partlayış nəticəsində 28 nəfər həlak olub, 60 nəfər yaralanıb.