Terror oldu, 8 nəfər öldü, 40-ı yaralandı

terror-oldu-8-nefer-oldu-40-i-yaralandi
Oxunma sayı: 969

Əfqanıstanda partlayış olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış Fərəh əyalətində nəqliyyat vasitələrinin yaxınlığında baş verib. 

Məlumata görə, sərnişinlə dolu avtobus minaya düşüb. Hadisə 8 nəfərin həyatına son qoyub, 40 nəfər isə xəsarət alıb. İnsidenti heç bir terror qruplaşması üzərinə götürməyib.

Aysel Kərimova