Terror təşkilatı adını dəyişir

terror-teskilati-adini-deyisir
Oxunma sayı: 633

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, PKK terror təşkilatının rəhbərliyi təşkilatın şəhər qolu olan Kürd İcmaları Birliyinin (KİB) Xalqın Demokratik Qardaşlığı (XDQ) adlandırılması barədə qərar qəbul edib.

Ekspertlər XDQ-nin formalaşdırılmasına Türkiyə Baş prokurorluğunun KİB haqqında çıxardığı “terror təşkilatı” qərarı, polisin ardıcıl həyata keçirdiyi əməliyyatlar nəticəsində təşkilatın bir çox üzvünün saxlanılması və Türkiyə Milli Kəşfiyyat Təşkilatının bir çox əməkdaşının KİB-ə sıza bilməsinə dair iddiaların gündəmə gəlməsinin səbəb olduğunu qeyd edirlər.

Mövzu ilə bağlı xəbərlərdə XDQ adlı yeni təşkilata mühafizəkar solçu təşkilatların da cəlb edilməsinin gözlənildiyi bildirilib. Mətbuat son aylarda keçirdiyi aksiyalarla gündəmə gəlməyə çalışan Marksist-Leninçi Kommunist Partiyası, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi və İnqilabçı Qərargah kimi silahlı terror təşkilatlarının da XDQ-yə daxil ediləcəyini yazıb.