Terror xəbərindən sonra Əkbərcanın ailəsi yoxa çıxıb

terror-xeberinden-sonra-ekbercanin-ailesi-yoxa-cixib
Oxunma sayı: 725

Rusiyanın Sank-Peterburq şəhərində metroda baş verən partlayışda şübhəli bilinən Qırğızıstan vətəndaşı Əkbərcan Cəlilovun qohumları və qonşuları danışıblar.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Cəlilovun əmisi qardaşı oğlunun ekstremist olduğunu inkar edib. Onun sözlərinə görə, Əkbərcan tez-tez məscidə getsə də, ekstremist baxışlara sahib olduğu hiss olunmayıb. Lakin əmisi digər suallara cavab verməkdən imtina edib, bildirib ki, qohumları ilə yaxın əlaqəsi yoxdur. 

Şübhəlinin valideynlərinin qonşuları isə Cəlilov ailəsini “mehriban və yaxşı” olaraq xarakterizə ediblər. Bundan başqa, terror xəbərləri yayılan ərəfədə qonşular bütün Cəlilovlar ailəsinin yoxa çıxdığını bildiriblər.