Terror zamanı özünü ölülüyə vurub sağ qaldı

terror-zamani-ozunu-oluluye-vurub-sag-qaldi
Oxunma sayı: 3566

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə terror hücumu zamanı Malayziya vətəndaşı ölü təqlidi edərək qətliamdan xilas olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 39 yaşlı Penangit Rəhimi Əhməd dostu ilə cümə namazına getdiyi məsciddə silahlı hücum zamanı özünü ölülüyə vurub. Bu yolla o, həyatda qalmağı bacarıb. Hazırda xəstəxanada olan Rəhiminin ailəsi sabah Yeni Zelandiyaya yola düşəcək. 

Qeyd edək ki, terror hücumu zamanı 4 Malayziya vətəndaşı ölüb, 2-si yaralanıb.