“İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb”.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
“İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”, deyə Ə.Davudoğlu bildirib.
Onun sözlərinə görə, hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır.
Xatırladaq ki, yanvarın 12-də İstanbulda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər