Türkiyədə terror hadisələri ilə əlaqədar 18 otel və kazino rəhbəri iclas keçirərək Kiprdəki konsert proqramlarını ləğv edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin məşhur Volkan Konak, Aşkın Nur Yengi, Funda Arar, Sibel Can, Ebru Gündeş, Muazzez Ersoy, Yıldız Tilbe, Hadisə, Linet, Ferhat Göçer, Sıla, Selami Şahin, Hande Yener, Candan Erçetin, Zuhal Olcay və Erol Evgin kimi sənətçilərin konsertləri baş tutmayacaq.
Sənət adamları bu qərara etirazlarını sosial şəbəkədə bildiriblər:
Muazzəz Ersoy: “Yalnız bu deyil, bir çox festival ləğv olundu. Qrupumuz var, sazlarımız var, bu insanlar nə edəcəklər? Kaş ki, ləğv edilməyəydi, kömək etməyimizi istəyərdilər. Musiqi cəmiyyətin səsidir və susdurulmamalıdır”.
Hadisə: “Atəş, əlbəttə, düşdüyü yeri yandırar, amma bu elə bir atəşdir ki, hamımızın içinə düşüb. Bu müddətdə musiqinin, sənətin susdurulmasının doğru olmadığını düşünürəm. Susması lazım olan musiqinin, sənətin səsi deyil, silahların səsidir”.
Sibel Can: “Musiqinin yalnız əyləncə vasitəsi olduğu düşüncəsi musiqinin universal tərifinə zidddir. Musiqi yalnız əyləndirməz, dostluğu, qardaşlığı, sevinci, hüznü və sülhü təmsil edir. Şəhidlərimizin ağrıları ilə qovrulduğumuz bu günlərdə mən istərdim ki, konsert və proqramlar ləğv edilməsin, konsertlər keçirilsin. Həm müəssisələrin, həm də sənətçilərin gəlirləri şəhid ailələrinə bağışlansın”.
Könül
Son xəbərlər
Son Xəbərlər