Terrorçu etiraz aksiyasında özünü partlatdı - Ölü sayı 50 oldu+Yenilənib

terrorcu-etiraz-aksiyasinda-ozunu-partlatdi
Oxunma sayı: 2115

Əfqanıstanda terrorçu-kamikadze etiraz aksiyası zamanı özünü partladıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb. Etirazçılar Nanqarhar əyalətində yerli polis şefinin istefasını tələb etmək üçün küçələrə çıxıblar. 

Partlayış zamanı nümayişçilərdən 15-i ölüb, xeyli sayda yaralı var. 

***

Ölənlərin sayı 25-ə çatıb, 60 nəfər yaralıdır. 

***

“Tolo News” telekanalı partlayışda ölənlərin sayının 50-yə çatdığını açıqlayıb.