Yeni Zelandiya məscidlərində terror törədən Brenton Tarrantın 2016-cı ildə Türkiyədə də olduğu üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, “Röyters” bu barədə türkiyəli rəsmiyə istinadən məlumat yayıb. 49 nəfər müsəlmanı qətlə yetirib, 48-ni yaralayan terrorçunun 2016-cı ilin 17-20 mart, 13 iyul-25 oktyabr tarixlərində İstanbulda olduğu məlum olub.
Yeni Zelandiya terrorçusunun İstanbuldan kənara çıxıb-çıxmadığı, prezident Rəcəb Tayyib Ərdoğanın proqramlarına paralel olaraq hərəkət edib-etmədiyi, telefon danışıqları öyrənilir.
Bundan başqa, Tarrant Bolqarıstan, Rumıniya, Macarıstanda da olub.
Son xəbərlər
Son Xəbərlər