Türkiyənin Hakkari rayonunun Çukurca qəsəbəsinin Şəntəpə bölgəsində hərbçilərin avtomobili terrroçuların hücumuna məruz qalıblar.
“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, uzaqdan idarə edilən bombanın partlaması nəticəsində 1 hərbçi şəhid olub.
Daha 2 əsgər yaralanıb. Yaralı əsgərlər helikopterlə xəstəxanaya aparılıb.
Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb edilib və terrorçulara qarşı əməliyyata start verilib.
Son xəbərlər
Son Xəbərlər