Terrorçular Suriya ordusuna hücum etdi - 3 şəhid, 18 yaralı

terrorcular-suriya-ordusuna-hucum-etdi
Oxunma sayı: 1079

YPG/PKK-lı terrorçular “Sülh Çeşməsi Hərəkatı”nda iştirak edən Suriya Milli Ordusunun (SMO) əsgərlərinə qarşı Tel-Əbyadda bomba yüklü avtomobillə hücum təşkil edib.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 3 əsgər şəhid olub, 18 əsgər xəsarət alıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda başladığı “Sülh Çeşməsi Hərəkatı”na qatılan SMO-dan indiyə qədər 84 əsgər şəhid olub, 310 əsgər yaralanıb.