Terrorçular Vanda inzibati binaya atəş açdılar

terrorcular-vanda-inzibati-binaya-ates-acdilar
Oxunma sayı: 708

PKK-çılar iyulun 7-nə keçən gecə Van şəhərinin Bahçesaray rayonunda inzibati binaya raket və avtomatik silahlarla atəş açıblar.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əsgərlər terrorçulara cavab olaraq atəş açandan sonra onlar hadisə yerindən qaçıblar.

PKK-çıların 5-6 nəfər olduğu bildirilir. Onların yaxalanması istiqamətində əməliyyat aparılır.