Terrorçulara qoşulan model Suriyada ortaya çıxdı - Fotolar

terrorculara-qosulan-model-suriyada-ortaya-cixdi
Oxunma sayı: 725

2015-ci ildə İŞİD terror təşkilatına qarşı vuruşmaq üçün PKK-nın Suriya qolu olan YPG-yə qoşulan kanadalı model Hanna Bohman Şanlıurfanın Suruç rayonunun qonşuluğunda yerləşən Suriyanın Kobani şəhərində görüntülənib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, 46 yaşlı eks-modelin üzərində YPG-lilərin geyindiyi hərbi uniforma, başında isə kovboy papağı olub.