“Terrorçunun kimliyi məlum olub” - Çavuşoğlu

terrorcunun-kimliyi-melum-olub
Oxunma sayı: 4623

“Terrorçunun kimliyi məlum olub. Həbs olunması ilə bağlı işlər davam etdirilir. Qaldığı evdə araşdırma aparılıb, kimlərlə əlaqə qurduğu müəyyənləşdirilib”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, hücum peşəkarcasına həyata keçirilib:

“O gecə hər kəsi şoka salan və məsum insanları qətl edən alçaq terror hücumunu qınayırıq. Vəfat edən qonaqların və vətəndaşların ailələrinə başsağlığı diləyirik. Terrorçunun kimliyi məlum olub. Həbs olunması ilə bağlı işlər davam etdirilir.

Qaldığı evdə araşdırma aparılıb, kimlərlə əlaqə qurduğu müəyyənləşdirilib. Bunu deyə bilərəm ki, hər şey peşəkarcasına həyata keçirilib. Bu hücumun arxasında kimlərin durduğunu öyrənmək isə Daxili İşlər Nazirliyinin üzərinə düşür”.