Terrorda ölən Dilbarənin - Ən böyük arzusu...

terrorda-olen-dilbarenin
Oxunma sayı: 729

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı Dilbarə Əliyeva da olub.

“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı Dilbarənin rəfiqəsi Rusiya KİV-nə danışıb. O bildirib ki, Dilbarənin ən böyük arzusu idman psixoloqu olmaq idi.

Onu da əlavə edək ki, terror qurbanı olan həmyerlimiz ailənin yeganə qız övladı olub, onun bir qardaşı var. 

Qeyd edilir ki, Dilbarə çox saylı zədələrlə xəstəxanaya yerləşdirilib, lakin aprelin 4-də dünyasını dəyişib . Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər.