Fransanın Nitse şəhərində baş veren terror aktında ölənlərin sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, ötən axşam 80 nəfərin öldüyü deyilsə də, artıq bu rəqəm 84-ə çatıb. Ölənlərin sayının artma ehtimalı olduğu deyilir. Məlumata görə, hadisənin şokunu yaşayan 120 nəfər hazırda psixoloji yardım alır.
Xatırladaq ki, ötən axşam Nitse şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Hadisəni əslən Tunisdən olan şəxs törədib.
Son xəbərlər
Son Xəbərlər