ABŞ prezidenti Barak Obama ölkəsində məscidi ziyarət edib.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti içərisində tibbi və təhsil xidmətləri də verən Baltimor İslam Toplumundakı məscidi ziyarət edib.
Barak Obama çıxışına belə başlayıb: “Bura müsəlmanların eşitmədiyi iki kəlməni deməyə gəldim, o kəlmə də təşəkkür etməkdir”.
İslamın sülh dini olduğunu vurğulayan B.Obama, heç vaxt məscidi ziyarət etməyən amerikalılara da səslənib. O, qeyd edib ki, məscidin sinaqoq və kilsə kimi ibadət yerlərindən heç bir fərqi yoxdur.
Barak Obama ABŞ-da baş verən 11 sentyabr terrorunu, Paris qətliamını və San Bernardinoda meydana gələn terror hadisəsini xatırladaraq, bu hücumların inanclı insanlarla əlaqələndirilməsini pisləyib.
“Müsəlman amerikalılara qarşı xoşagəlməz davranışların şahidi oluruq ki, bunun bizim ölkəmizdə yeri yoxdur” - deyə ABŞ lideri bildirib.




Son xəbərlər
Son Xəbərlər