“Tərtər işi” ilə bağlı 18 nəfər barəsində Ali Məhkəmənin qərarları ləğv edilib

“Tərtər işi” ilə bağlı 18 nəfər barəsində Ali Məhkəmənin qərarları ləğv edilib
Oxunma sayı: 2610

Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.