Tərtərdə 43 yaşlı kişi qətlə yetirildi - Yenilənib

terterde-43-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 1967

Fevralın 26-da saat 19:00 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

***

Tərtər rayon prokurorluğunun məlumatına görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bildirilib ki fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.