Bu gün saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndində qətl törədilib.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, kənd ərazisində Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlunun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
İlkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan və çoban kimi fəaliyyət göstərən şəxs ov tüfəngi ilə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər