Tərtərdə əl qumbarası aşkar edilib - Foto

terterde-el-qumbarasi-askar-edilib
Oxunma sayı: 973

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda hərbi sursat aşkarlayıb.

Qafqazinfo” ANAMA-ya istinadən xəbər verir ki, şəhər qəbiristanlığına baxış keçirilərkən 1 ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 03 mart 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində baxış keçirilib. 1 971 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. 876 038 kv.m ərazi yoxlanılıb.