Tərtər rayonunda döyüş sursatı partlayıb.
"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər