Tərtərdə evlərin damı uçdu, elektrik xətti kəsildi- - 30 saniyədə

terterde-evlerin-dami-ucdu-elektrik-xetti-kesildi-
Oxunma sayı: 1427


Rayonun Təzəkənd kənd sakinlərinin “Qafqazinfo”ya verdikləri məlumata görə, külək təxminən 30 saniyə çəkib və dayanıb. Nəticədə ağaclar qopub, evlərin damı uçub və kənd ərazisindən keçən yüksək gərginlikli elektrik xətti sıradan çıxıb. İndiyə qədər belə bir situasiya ilə qarşılaşmadıqlarını deyən sakinlər bildiriblər ki, külək bir neçə dəqiqə davam etsəydi, yəqin ki, hər şey alt-üst olardı.

Kənd əhalisi yarım saatdan çoxdur ki, Fövqəladə Hallar Nazirliyinə yardım üçün zəng vurduqlarını, lakin heç kimin gəlmədiyini deyirlər. Sakinlərin sözlərinə görə, nazirlikdən onlara bildiriblər ki, 10-15 evə görə, kəndə gəlmək niyyətində deyillər.