Tərtərdə mal-qara otaran zaman minaya düşdü - Foto+Yenilənib

terterde-mal-qara-otaran-zaman-minaya-dusdu
Oxunma sayı: 4039

Daha bir mülki vətəndaşımız minaya düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Tərtərin Borsunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu qoyun otardığı zaman minaya düşüb. Nəticədə onun sağ ayağının aşağı hissəsi amputasiya olunub. 

Tural Hüseynli

***

Hadisə ilə bağlı Tərtər rayon prokurorluğu məlumat yayıb.

"Qafqazinfo"ya bildirilib ki, bu gün saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və
digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.