Tərtərdə mina partladı - Ölən var

terterde-mina-partladi
Oxunma sayı: 8539

İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli