Tərtərdə ölənlər iki qardaşdır - Video

terterde-olenler-iki-qardasdir
Oxunma sayı: 16555

Ermənistan ordusunun cəbhəboyu zonada təxribatı davam edir.

"Qafqazinfo"nun Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə,axşam saatlarında rayonun Şırxarx qəsəbəsində məcburi köçkünlər üçün salınan yaşayış məntəqəsi hədəf alınıb. Düşmənin atdığı mərmi nəticəsində iki mülkü vətəndaşımız həlak olub, ikisi yaralanıb. Ölənlər iki qardaş - Tərtərin Poladlı kənd sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu, 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğludur. 

Yaralılar - Bərdə rayon Kələntərli kənd sakini Məmmədov Seymur Füzuli oğlu (1984), Məmmədov Faiq Malik oğludur (1989).

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Emin Səfərov, Tərtər