Tərtərdə partlayış, bir nəfər yaralandı

terterde-partlayis-bir-nefer-yaralandi
Oxunma sayı: 677

Bu gün səhər saatlarında Tərtər rayonunda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış olub.

Nəticədə 2 kv.m sahədə ev əşyaları yanıb, bir otağın tavanı və yükdaşıyıcı divarları uçub.

Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yanğın saat 08:54-də söndürülüb.

Murad Əhməd