Tərtərdə qəbiristanlığın vurulmasından sonrakı anlar - Video

terterde-qebiristanligin-vurulmasindan-sonraki-anlar
Oxunma sayı: 4870

“CNN Türk” kanalı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalan Tərtər şəhərindən növbəti reportaj təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, televiziya kanalının cəbhə xəttindəki xüsusi müxbirinin hazırladığı süjetdə düşmənin mülki şəxsləri hədəf alması, ötən gün qəbiristanlığa mərmilər atılmasından danışılıb. Bildirilib ki, dəfn mərasiminə hücum zamanı 3 vətəndaş həyatını itirib, xeyli sayda yaralı var.

“CNN Türk” əməkdaşları xəstəxanadan xəsarət alanların görüntülərini də lentə alıb.

Çəkiliş zamanı işğalçı Ermənistan növbəti dəfə bölgəni atəşə tutub. Daha sonra hücum ard-arda olduğu üçün həkim heyəti sığınacaqlara aparılıb.