Tərtərdə “Qrad” raketinin hissəsi tapılıb - Fotolar

terterde-qrad-raketinin-hissesi-tapilib
Oxunma sayı: 776

Bu gün daha bir partlamamış hərbi sursat aşkarlanıb.

Bu barədə “Qaqazinfo”ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Gün ərzində Ağdam rayonu Mahrızlı kəndində əkin sahəsində 6 partlayış yerinə baxış keçirilsə də, heç bir sursat aşkarlanmayıb.

Tərtər rayonu Çaylı kəndində isə əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Ümumilikdə 11 iyul tarixində 2 əkin sahəsində 10 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Nəticə etibarilə gün ərzində 10 500 kv.m ərazi təmizlənib.