Tərtərdə yanğın baş verdi

terterde-yangin-bas-verdi
Oxunma sayı: 763


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Ələsgərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin qamışdan ibarət tavanı 3 kv.m sahədə və tikiliyə bitişik çəpər 30 p.m sahədə  yanıb. 

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.