Tərtərdəki partlayışla bağlı - Rəsmi açıqlama

Tərtərdəki partlayışla bağlı
Oxunma sayı: 4774

Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlunun Səhləbad kəndində hərbi sursatla ehtiyatsız davranması nəticəsində partlayış baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların ayaqlarının amputasiya edildiyi bildirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) bu gün Tərtərdə baş verən partlayışla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində Tərtər rayonunun Səhləbad kənd sakinləri Nicat Cabbarov və Rəfael Bayramovun kənd ərazisində tapdıqları partlamamış hərbi sursatla ehtiyatsız davranmaları nəticəsində həmin sursat partılayıb:

“Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Polis əməkdaşlarının köməyi ilə onlar dərhal xəstəxanaya çatdırılıb. Hər iki şəxsin bir ayağı amputasiya olunub. Araşdırma aparılır.

Bir daha vətəndaşlarımızı hərbi xarakterli silah-sursatla rastlaşdıqları təqdirdə ona toxunmadan dərhal aidiyaəti qurumlara məlumat vermələrini xahiş edirik”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yuxarıda qeyd olunan sursatlar Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtər istiqamətində atılan mərmilərdən biri olub.

***

Tərtər rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə məlumat daxil olub.

Araşdırmalarla rayonun Qızıloba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.