Tərtərə 10 mərmi düşdü

tertere-10-mermi-dusdu
Oxunma sayı: 1095

Bu gecə Tərtərə 10-a yaxın mərmi düşüb.

QafqazinfoAnspress-ə istinadən bildirir ki, ötən gün axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi atəşə tutulmağa başlayıb. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilib, qarşı tərəfin atəş nöqtələrinə cavab zərbələri endirilib. Lakin gecə saatlarında rayonda nisbi sakitlik olub.

Avtomat və pulemyotlardan atəş açılsa da, ağır artilleriya silahlarından istifadə edilməyib. Atışmalar qısamüddətli olub. Kəndlərə ziyan dəyməyib.

Məlumata görə, atılan 10-na yaxın mərminin çoxu əkin sahələrinə düşüb. Sakinlər bildiriblər ki, əkin sahəsinə düşən mərmilərdən birinin partlama ehtimalı var. Əraziya ANAMA əməkdaşlarının baş çəkəcəyi bildirilir.