Tərtərin kəndi atəşə tutulub - Video

terterin-kendi-atese-tutulub
Oxunma sayı: 4195

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozub. 

"Qafqazinfo" xəbər verir ki, düşmən bu dəfə Tərtərin Qapanlı kəndini atəşə tutaraq mülki əhalini hədəf alıb.

Pulemyot və snayper tüfənglərindən atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.

Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə düşmən atəşindən zərər çəkməyən demək olar ki ev qalmayıb.

Tural Hüseynli