Tərtərlilər su tapmır- - 20 gündür

terterliler-su-tapmir-
Oxunma sayı: 946


Bununla bağlı “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, rayonun bir neçə kəndinə - Təzəkənd, Kəngərli, Cəmilli, Dəmirçilər və Qaradağlıya suyun verilməsi dayandırılıb. Təsərrüfatla məşğul olan kənd sakinləri bildiriblər ki, artıq iyirmi gündən çoxdur ki, kəndlərə su verilmir. Təsərrüfat sahələrini suvara bilməyən kəndlilər əkib-becərdikləri məhsulların susuzluqdan tələf olduğunu deyirlər. Aidiyyatı orqanlara müraciət etdiklərini, lakin  şikayətlərinə baxılmadığını bildirirlər.