Bunu “Qafqazinfo”ya açıqlamasında müstəqil ekspert Əlabbas Məhərrəmov deyib. O, bildirib ki, antiAzərbaycan şəbəkə sərf etdiyi vaxt, vəsait və enerji qarşılığında ciddi nəticəyə nail olunmamasından çox qəzəblidir: “Bu idman tədbirinin Avropa ölkələri tərəfindən boykot edilməsinə və əcnəbilərin Azərbaycana səfərdən imtinasına nail ola bilməyən məlum dairələr indi “operativ dezinformasiya siyasəti”nə keçiblər. Oyunlarin açılışına bir gün qalmış Atletlər kəndində baş verən qəzada xəsarət almış avstriyalı idmançının ölüm xəbərinin dövriyyəyə buraxılması bu kampaniyanın təşkilatçılarının və icraçılarının mənəvi iflasının ən bariz nümunəsidir. Həmin “xəbər”i tirajlayanların mənbənin mühacirətdəki azərbaycanlılara məxsus olması isə həmin beynəlxalq şəbəkənin bəzi “milli kadr”ları artıq tam özününküləşdirdiyini göstərir. Xaricilərin Azərbaycanı qaralamaq üçün sözləri qalmayanda, yaxud da bu fəaliyyətin nəticəsizliyinə görə kənara çəkilmələrindən sonra meydana yenə də həmin “milli kadr”ların təmsilçiləri çıxarılır. Təsəvvür edin, iş nə yerə gəlib ki, on ay xarici ölkə səfirliyində gizlənən, daha sonra vergi borcunu ödəyib sığındığı dövlətin naziri ilə ölkəni tərk edən birisi özünə gəlməyə imkan tapmadan CNN efirinə çıxarılır. Bütün bunlar nəyin göstəricisidir? İlk növbədə, daha qabarıq görünür ki, beynəlxalq şəbəkə sərf etdiyi vaxt, vəsait və enerji qarşılığında ciddi nəticəyə nail olunmamasından çox qəzəblidir. Yəni Avropa Oyunları son mərhələyə daxil olub, yarışlar öz normal axarı ilə gedir, Bakı bu an bəlkə də dünyanın ən nizamlı şəhərinə çevrilib.
Azərbaycan isə öz ənənəvi siyasətindən imtina etmək niyyətində deyil. Vəziyyətin belə olması əlbəttə ki, antiAzərbaycan dairələrin planlarına uyğun deyil. Ona görə də dayanmırlar. Hara qədər gedə biləcəklərini isə özləri də təsəvvür etmirlər. Hər halda, fərqindədirlər ki, nəticə yenə dəyişməyəcək”.
Son xəbərlər
Son Xəbərlər