“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər Nazirliklərinin, məsul şəxsləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. S. Ələkbərov Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan "Tour d Azerbaidjan-2014" Beynəlxalq velosiped turun Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunduğunu vurğulayıb.
Mayın 7-də start götürəcək "Tour d Azerbaidjan-2014" beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 km-ə yaxındır.
Veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox iştirakçının iştirakı gözlənilir. Veloturda “Synergy Baku Cycling Project” daxil olmaqla 25 komanda iştirak edəcək. Komandalar arasında 8 profesional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda vardır.
Son xəbərlər
Son Xəbərlər