“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, Sabeen Sind əyalətinin Karaçı şəhərində evə qayıdan zaman silahlı hücuma məruz qalıb.
Polis şöbəsindən verilən məlumata görə, Sabeen Mahmudun yanında anası olub, motosikletlə ona yaxınlaşan naməlum şəxslər tərəfindən güllələnib və anası ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabeen Mahmud “The Second Floor ( T2F )” adlı insan hüquqları təşkilatının qurucusu və direktoru idi.
Son xəbərlər
Son Xəbərlər