Təşkilat rəhbərləri ixtisasartırma kursunda iştirak edirlər

teskilat-rehberleri-ixtisasartirma-kursunda-istirak-edirler-
Oxunma sayı: 747

"Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri dinləyici qismində iştirak etmiş, eyni zamanda Azərbaycan Respublikası Dövlər İdarəçilik Akademiyasının dəvəti ilə ARGTMŞ-nın üzv təşkilat rəhbərləri  də təlimə  dinlləyici  qismində dəvət olunublar. 

Üzv təşkilatlarının strateji inkişafını “3G” konsepsiyası üzrə irəli sürən və bu konsepsiyaya gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak etmələrinin təmin edilməsi prinsiplərini aid edən Milli  Şura öz növbəsində,  QHT sektorunun nəzəri və praktik inkişafına nail olmaq məqsədilə QHT-lərin İDarəetmə Akademiyasının  (“QİDA”) yaradılması təşəbbüsü  ilə çıxış edərək bu Akademiyanın  yaradılmasına nail oldu. 

ARGTMŞ-nın sədri Şahin Seyidzadə öz müsahibəsində qeyd etmişdir ki, “Davamlı insan inkişafı” istiqaməti üzrə ixtisasartırma kursuna Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının QHT rəhbərlərini dəvət etməsi bu sektora olan dövlət dəstəyinin göstəricisidir. ARGTMŞ-nın “QİDA” Akademiyası da qarşısına qoyduğu hədəfə nail olaraq  ümumilikdə 64 təşkilatdan 163 nümayəndənin  kurslarda iştirakını təmin etmiş və 3 müxtəlif tədris bloku üzrə 143 akademik saatlıq təlim keçirmişdir. Bütün bu tədbirlər onun göstəricisidir ki, bu gün QHT-lərdə idarəetmə bacarıqlarının inkişafı həm dövlət , həm də  Milli Şuranın hər zaman diqqət mərkəzindədir.