Təşkilat sədri hakim qarşısına çıxarıldı

teskilat-sedri-hakim-qarsisina-cixarildi
Oxunma sayı: 798

Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahidlər dindirilib.

Hazırda 7 saylı məktəbdə müəllim işləyən Nəbi Əlirzayev deyib ki, Hövsan qəsəbəsində torpaq almaq üçün 4 min manat verib: “Mənim şikayətim alınan rüşvətə görədir. O torpaqlar bizə pulsuz verilməli idi”. 

Əhməd Paşayevdən torpaq vermək müqabilində rüşvət tələb edildiyi üçün rəsmi qurumlara müraciət edib: “Mən “Qara Qarayev” metrostansiya yaxınlığındakı yerdən torpaq istədim, amma Hövsan qəsəbəsində verəcəklərini dedilər. Bələdiyyə sədrinə müraciət etdim, dedi torpaqlarımızı Cavangil satıb. Sonra nazir müavinin qəbuluna getdim, o da üzvü olduğum təşkilatı “moşenniklərin cəmiyyəti” adlandırdı. Çünki elə tanıyırdılar”.

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb. 

Murad Əhməd