Təşkilatçılar qızlardan danışdı

teskilatcilar-qizlardan-danisdi
Oxunma sayı: 649

“Qafqazinfo” Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq Yerli Təşkilat Komitəsinin stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov təəssüratlarını bölüşüb: “Dünya çempionatının keçirilməyi ilə bağlı Azərbaycan göstərilə etimada göstərə görə FİFA-ya minnətdarlıq edirik. İnanırıq ki, qadın futbolunda mühüm addım atdıq. İnfrastrukturu yaxşılaşdırdıq, böyük təcrübə qazandıq. Əminliklə deyə bilərik ki, futbol üzrə böyük turnir keçirməyə və bunu sübut etməyə hazırıq”.

Məmmədov Lənkəran stadionunda yaşanan problemə də toxunub: “Lənkəranda turnirin gedişi zamanı aparılan səhv işlər qazonu pis vəziyyətə saldı. Biz buna dərhal reaksiya verdik. FİFA qərar verdi ki, oyunlar Lənkəranda yox, Bakıda keçirilsin”.